Back-end developer üzrə təcrübəçi Samir Babayev

“CISCT təcrübə proqramı, maraqlı və böyük layihələri istedadlı gənclərlə işləmək üçün yaxşı fürsət oldu”

Qış təcrübə proqramının iştirakçısı Samir Babayev CISCT şirkətində “Back-end developer” üzrə 3 ay boyunca təcrübədə iştirak etdi. Təcrübə proqramını müvəffəqiyyətlə bitirən Samir Babayev partnyor Avtohesab şirkətində “Junior PHP developer” olaraq işə qəbul olundu. O, 3 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.

Bizimlə keçirdiyin 3 ay sənə nə hisslər yaşatdı?

- 3 ay mənim üçün həm əyləncəli, həm də çox faydalı keçdi. İlk 2 həftə mənim üçün çətin olsa da öyrənmə həvəsim çox idi. Həvəslə öyrənirdim. Hətta ilk təcrübəçi ayımdakı 2 həftədə öyrəndiyim məlumatlar, son 6 ayda öyrəndiyimdən daha çox idi desəm yanılmaram.

Təcrübəçi olmaqdan ən çox nəyi bəyəndin/bəyənmədin?

- Təcrübəçi olmağın bəyəndiyim tərəfi daha çox öyrənməyim üçün rahat suallar verirdim. Bunun da öyrənmək üçün ən yaxşı yol olduğunu düşünürəm.
Bəyənmədiyim bir tərəfi olmadı.
 

Bu sahənin çətin və asan yönləri nələrdir?

- Hər sahə kimi proqramlaşdırma sahəsinində asan və çətin tərəfləri var. Yeni başlayan zaman biraz çətin gəlsə də, çoxlu praktika edərək bu çətinlik aradan qalxır. Yeni məlumatlar öyrənərkən daha çox həvəslənirəm.

3 ay ərzində özündə nə kimi inkişaflar gördün?


- 3 ay ərzində maraqlı və eyni zamanda real layihələr üzərində işləməyim proqramlaşdırmaya olan marağımı daha çox artırdı. PHP, Javascript və Frontda inkişaf etdiyimi düşünürəm. Ən əsası anladım ki, hər bir xırda detala belə diqqətli yanaşmaq lazımdır.


Bu sahədə yeni başlayanlara nə kimi məsləhətlər verərdin?

- Düzgün suallar yönləndirsinlər və ən önəmlisi daha çoxlu axtarış etsinlər.
 

İşçi kimi qalacağını öyrəndikdən sonra nə hisslər keçirdin və nələri hədəflədin?

- Real layihələr üzərində işlədiyim zamandan özümü təcrübəçi yox, elə işçi kimi hiss edirdim. Önümdəki 6 ayı daha çox öyrənməyi hədəfləmişəm.

3 ay ərzində sənə xoş təəsüratlar bağışlayan anların hansılardır?

- Hər günümüz xoş və əyləncəli keçirdi. Film günlərimiz və film seçimi zamanı yaşanan əyləncəli anlar mənim üçün unudulmazdır.

CISCT şirkəti olaraq Samirə gələcək karyerasında uğurlar diləyir, bizimlə birlikdə daha gözəl işlər görməsini arzu edirik.

Back-end developer üzrə təcrübəçi Samir Babayev