Back-end developer üzrə təcrübəçi Elgün Zamanov

"Burada real layihələrdə işləmək təcrübəsi əldə etdim"

Yaz təcrübə proqramının iştirakçısı Elgün Zamanov partnyor Avtohesab şirkətində Back-end developer üzrə 1 ay təcrübə keçdi. O, 1 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.

 

Təcrübə proqramı gözləntilərini nə dərəcədə qarşıladı?

- 1 aylıq təcrübə müddətində çox şey öyrəndim, xüsusilə də jQuery, Javascript, PHP-də olan işləri gördüm.

 

Öyrəndiklərinin sənin gələcək karyeranda nələrsə qazandıracağını düşünürsən?

- Bəli. Artıq nələri edib və nələri etməyəcəyimi bilirəm.


Təcrübə proqramı sənə nələr qatdı? 

- Komanda şəklində və real layihələrdə necə işləmək lazımdır onları öyrətdi.

 

Əgər yenidən başlamaq şansın olsaydı nələri etməzdin və ya nələrə daha çox diqqət yetirərdin?

- Son texnologiyaları məsələn jQuery, PHP, SQL, Javascripti daha da təkmilləşdirib yenidən başlamaq istərdim.

 

Karyeranla bağlı nələri hədəfləmisən ? 

- Öyrəndiklərimi daha da təkmilləşdirib, öz üzərimdə daha da çox çalışıb karyeramda yüksəlməyi hədəfləyirəm.

 

Bu sahədə yeni başlayanlara nə tövsiyyə edərdin?

-  Çoxlu işləməyi, daha çox praktiki yönümlü çalışmalarını, qeydlər aparmarlarını tövsiyyə edərdim.

 

Bu vəzifədə həqiqətən uğur qazanmaq üçün birinin hansı xüsusiyyətlərə sahib olması lazımdır?

- Back-end developer üzrə işləmək istəyən biri davamlı olaraq öyrənmə həvəsli olmalı, öz üzərində işləməyi bacarmalı, araşdırma etmə qabiliyyəti olmalıdır.


1 ay ərzində sənin üçün ən yadda qalan an nə oldu?

- CISCT-də keçirdiyim ən gözəl anlarım hər həftənin 5-ci günü təşkil olunan film günləri oldu. Komanda şəklində birlikdə vaxt keçirmək həqiqətən mənim üçün xoş oldu.


CISCT şirkəti olaraq Elgünə gələcək karyerasında uğurlar diləyir, daha möhkəm addımlar atmasını arzu edirik.

Back-end developer üzrə təcrübəçi Elgün Zamanov